SON XƏBƏRLƏR

Memorandum imzalandı, mollalar yenidən qonşuları hədələdi

2026.06.19, 12:06
Memorandum imzalandı, mollalar yenidən qonşuları hədələdi

ABŞ və İran arasında razılaşma imzalandıqdan sonra iranlı mollalar xüsusən cümə imamları yenidən qonşu ölkələri təhdid etməyə başlayıblar.

Gunaz.tv

Bu qəbildən olan təhdid bəyanatlarından birini də Təbrizin cümə imamı Əhməd Mütəhhəri Əsl səsləndirib.

"Hər hansı qonşu ölkənin torpağından İrana qarşı istifadə olunsa, o ölkə yerlə yeksan ediləcək",- o deyib.

Cümə imamı bölgə ölkələrinin özünü təmin edə bilmədiyini və başqalarından asılı olduqlarını iddia edib:

"Bəzən bu ölkələr təhdidlər qaldırır, halbuki onların bir çox ehtiyacları, o cümlədən ərzaq ehtiyacları başqaları tərəfindən təmin edilir və İran İslam Respublikası ilə üz-üzə gəlmək imkanları yoxdur".

Qeyd edək ki, müharibə dövrü bir çox başqa cümə imamları kimi Əhməd Mütəhhəri Əsl də gizlənmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar