SON XƏBƏRLƏR

Avropa Birliyi İranı insan haqlarını pozduğuna görə tənqid etdi

2026.06.19, 15:16
Avropa Birliyi İranı insan haqlarını pozduğuna görə tənqid etdi

İranda dəhşətli insan haqları pozuntularını, o cümlədən minlərlə mülki şəxsin ölümünə səbəb olan yanvar etirazlarının vəhşicəsinə repressiyasını pisləyirik.

Gunaz.tv

Bu, Avropa Birliyinin yaydığı əyanatda deyilib.

AB, həmçinin daxili narazılığı yatırmaq üçün ölüm hökmünün tətbiqini və geniş yayılmış özbaşına həbsləri də qınadığını bildirib:

"İranda edamların tempi dəhşətlidir. Ədalətsiz həbs edilənlərin hamısının qeyd-şərtsiz azad edilməsinə çağırırıq".

Bəyanatda İran hakimiyyəti internetə tam və maneəsiz çıxış da daxil olmaqla, bütün kommunikasiyaları dərhal və daimi olaraq bərpa etməyə çağırılıb.

AB İrandan qadınlara və qızlara, eləcə də etnik, dini, dil və digər azlıqlara qarşı qanunda və praktikada bütün ayrı-seçkilik formalarına son qoymağı tələb edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar