SON XƏBƏRLƏR

Trampdan Netanyahuya misilsiz tərif: “O, döyüşçüdür”

2026.06.19, 21:39
Trampdan Netanyahuya misilsiz tərif: “O, döyüşçüdür”

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp ölkənin hava qüvvələri ilə görüş zamanı Vaşinqton və Təl-Əviv arasındakı münasibətləri yüksək qiymətləndirib və İsrailin Baş naziri Benyamin Netanyahunu “döyüşçü” adlandırıb.

Gunaz TV-nin məlumatına görə, Tramp çıxışında bildirib: “İsraillə münasibətlərimiz çox güclüdür və Bibi Netanyahu bir döyüşçüdür və belə də tanınmalıdır. Ona haqqını verməlidirlər, çünki o, həqiqətən bunu etdi. Biz İsraillə birlikdə həqiqətən çox yaxşı döyüşdük.”

Trampın bu açıqlaması onun daha əvvəl İsrailin Livanın cənubuna hücumları ilə bağlı Netanyahunu tənqid etməsindən sonra səslənib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar