SON XƏBƏRLƏR

İranda tələbələrindən etiraz məktubu; Minlərlə imza universitet rəhbərliyinə qarşı

2026.06.20, 22:10
İranda tələbələrindən etiraz məktubu; Minlərlə imza universitet rəhbərliyinə qarşı

Şərif Universitetinin min nəfərdən çox tələbəsi universitetdə təhlükəsizlik mühitinə son qoyulmasını tələb edib.

Gunaz.tv

Şərif Universitetində tələbələrin universitetdən xaric edilməsi və intizam tədbirlərinə qarşı etirazlar davam edir.

Gunaz TV-nin məlumatına görə, Şərif Sənaye Universitetinin min nəfərdən çox tələbə və məzunu universitetin rektoru Məhəmmədrza Təcrişiyə ünvanladıqları açıq məktubda universitetdə təhlükəsizlik mühitinin gücləndirilməsinə etiraz edib və universitet rəhbərliyindən cavab tələb ediblər.

Şərif Sənaye Universitetinin İslam Tələbələr Birliyi şənbə günü bildirib ki, bu məktubu min nəfərdən çox şəxs imzalayıb. Məktub Şərif Universitetinin bir neçə tələbəsi barədə xaricetmə qərarlarının yayımlanmasından cəmi bir gün sonra dərc olunub.

Məktubda qeyd olunur ki, son aylarda tələbələr barədə ən azı 30 intizam işi açılıb, 13 tələbə barəsində isə ilkin mərhələdə təhsilindən uzaqlaşdırılma və ya universitetdən xaricetmə qərarı verilib. Həmçinin bu tələbələrdən üç nəfər barədə çıxarılan qərarlar apellyasiya komitəsi tərəfindən də təsdiqlənib.

Məktubu imzalayanlar vurğulayıblar ki, universitetdə baş verənlər rəhbərliyin susqunluğu və təsirsizliyi fonunda hər gün daha da genişlənən “narahatedici bir prosesin” davamıdır.

Məktubun digər hissəsində bildirilir ki, tələbələr arasında ümidsizliyin artması, universitet mühitində etimadsızlığın dərinləşməsi və Şərif Sənaye Universitetinin elmi nüfuzunun zədələnməsi mövcud vəziyyətin ən ciddi nəticələrindəndir.

Məktub müəllifləri universitet rəhbərliyinin fəaliyyətini də tənqid edərək yazıblar ki, əgər rektorun “nə dəyişiklik etmək gücü, nə də buna səlahiyyəti varsa”, o zaman rektor vəzifəsinin adını “mövcud vəziyyətə bəraət qazandıran sipər”ə çevirməməlidir. Onlar vurğulayıblar ki, universitet ya tələbələrin və universitetin hüquqlarını müdafiə edə bilən rəhbərə, ya da bunu bacarmayan rəhbərin istefasına ehtiyac duyur.


GünAzTV
R.G

İranda daha 7 etirazçı tələbə universitetdən qovuldu

2026.06.19, 09:33

İranda daha 7 etirazçı tələbə universitetdən qovuldu

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar