SON XƏBƏRLƏR

SEPAH Hörmüz boğazının bağlandığını elan etdi

2026.06.20, 23:21
SEPAH Hörmüz boğazının bağlandığını elan etdi

Hörmüzlə bağlı ziddiyyətli xəbərlər; ABŞ Hörmüz boğazının açıq olduğunu bildirir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, SEPAH Hərbi Dəniz Qüvvələri bütün gəmilərə radio mesajı göndərərək, Livandakı son vəziyyət və ABŞ-ın “atəşkəs öhdəliklərini pozması” səbəbilə Hörmüz boğazının bağlandığını elan edib.

Mesajda xüsusi olaraq vurğulanıb: “Hörmüz boğazı bağlıdır” və bütün gəmilərdən bu əraziyə yaxınlaşmamaq tələb olunub.

İran tərəfi bu addımı ABŞ-ın atəşkəsi pozmasına cavab kimi qiymətləndirib.

Bununla belə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayaraq Hörmüz boğazında dəniz hərəkətinin açıq və təhlükəsiz olduğunu bildirib.

İki fərqli açıqlamanın eyni vaxtda yayılması dünyanın ən mühüm enerji keçid yollarından biri olan Hörmüz boğazının statusu ilə bağlı qeyri-müəyyənliyi daha da artırıb. Bu boğazda istənilən məhdudiyyət qlobal neft bazarına və dəniz ticarətinə ciddi təsir göstərə bilər.

 

GünAzTV
R.G

 

CENTCOM: Sutka ərzində Hörmüz vasitəsilə 17 milyon bareldən çox neft daşınıb

2026.06.20, 20:42

CENTCOM: Sutka ərzində Hörmüz vasitəsilə 17 milyon bareldən çox neft daşınıb

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar