SON XƏBƏRLƏR

Qəzvində tibb işçiləri etiraz aksiyası keçirdi

2026.06.21, 12:34
Qəzvində tibb işçiləri etiraz aksiyası keçirdi

Aşağı maaşlar və ağır iş şəraiti səhiyyə əməkdaşlarının narazılığına səbəb olub.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Güney Azərbaycanın Qəzvin şəhərində fəaliyyət göstərən Qəzvin Tibb Elmləri Universitetinin bir qrup əməkdaşı iyunun 20-də universitetin həyətində etiraz aksiyası keçirib.

Məlumatlara əsasən, etirazçılar iş şəraitinin ağırlığı, maaş və sosial təminatların aşağı səviyyədə olması, eləcə də cümə axşamı günlərinin iş günü olaraq saxlanılmasına etiraz ediblər.

Aksiya iştirakçıları bildiriblər ki, artan yaşayış xərcləri fonunda səhiyyə işçilərinin gəlirləri onların əsas ehtiyaclarını belə qarşılamağa kifayət etmir. Onlar əmək haqlarının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Son aylarda Güney Azərbaycanın və İranın müxtəlif bölgələrində müəllimlər, təqaüdçülər, fəhlələr və səhiyyə işçiləri tərəfindən keçirilən etiraz aksiyalarının artdığı müşahidə olunur. İqtisadi böhran, yüksək inflyasiya və həyat səviyyəsinin pisləşməsi müxtəlif peşə qruplarında narazılığı daha da artırıb.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar