SON XƏBƏRLƏR

Pezeşkian: İnsanların küçələrə çıxıb etiraz etməsindən narahatam

2026.06.21, 16:05
Pezeşkian: İnsanların küçələrə çıxıb etiraz etməsindən narahatam

İran prezidenti xalq narazılığının etirazlara çevrilə biləcəyindən danışıb.

Gunaz.tv

Gunaz.tv xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian Mustafa Çəmranın anım mərasimində çıxışı zamanı hökumətin xalqın narazılığını aradan qaldıra bilməməsindən narahat olduğunu bildirib.

Pezeşkian deyib: “Qorxduğum odur ki, xalqa düzgün xidmət göstərə bilməyək, onlar narazı qalsınlar, küçələrə çıxsınlar və etiraz etsinlər. O zaman bizim nüfuzumuz sarsılar.”

O əlavə edib ki, İran İslam Respublikasının ən böyük gücü xalqın birliyidir və məsul şəxslər çatışmazlıqların, problemlərin və nöqsanların insanların narazılığına səbəb olmasına imkan verməməlidirlər.

Pezeşkianın sözlərinə görə, belə bir vəziyyətin yaranması “düşmənlərin sevinməsinə” səbəb olacaq.

Bu açıqlamalar ölkədə iqtisadi böhran, yüksək inflyasiya, işsizlik və sosial narazılıqların artdığı bir dövrdə səsləndirilib. Son illərdə İranın müxtəlif şəhərlərində baş verən etiraz aksiyaları hakimiyyətin cəmiyyətlə münasibətlərində dərin problemlərin olduğunu göstərib.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar