SON XƏBƏRLƏR

İsveçrədə İran–ABŞ danışıqlarının ilk mərhələsi başa çatdı

2026.06.21, 19:40
İsveçrədə İran–ABŞ danışıqlarının ilk mərhələsi başa çatdı

Gunaz.tv

İran və ABŞ arasında Pakistan və Qətərin vasitəçiliyi ilə İsveçrədə keçirilən danışıqların ilk mərhələsi başa çatıb.

Gunaz TV-nin məlumatına görə, İran mediası və Reuters agentliyi diplomatik mənbələrə istinadən bildiriblər ki, bazar günü keçirilən İran–ABŞ danışıqlarının birinci raundu yekunlaşıb.

Görüş İsveçrənin Lütsern şəhərində yerləşən iqamətgahların birində keçirilib. İranın Fars və İRNA agentlikləri də ilk dördtərəfli görüşün başa çatdığını təsdiqləyiblər.

Fars agentliyinin məlumatına görə, ilk mərhələ təxminən 80 dəqiqə davam etdikdən sonra tərəflərin daxili məsləhətləşmələri üçün dayandırılıb.

Məlumatlara əsasən, danışıqlarda əsas müzakirə mövzuları Livandakı vəziyyət, Hörmüz boğazı və İranın uran ehtiyatları olub.

İran nümayəndə heyətinə Məhəmmədbaqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə ABŞ vitse-prezidenti Cey Di Vens rəhbərlik edir.

Vens danışıqlar başlamazdan əvvəl bu görüşü “tarixi” adlandırıb və Vaşinqtonun İranla münasibətlərdə əsaslı dəyişikliklərə hazır olduğunu bildirib.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar