SON XƏBƏRLƏR

Təbrizdə elektrik çatışmazlığı- İstehsalat müəssisələri iflic olur

2026.06.22, 10:30
Təbrizdə elektrik çatışmazlığı- İstehsalat müəssisələri iflic olur

Son günlər Təbriz və ətraf bölgələrə elektrik enerjisinin verilişində uzun müddətli kəsintilər olur.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, bu kəsintilər əvvəlcədən xəbərdarlıq edilmədən Tehran Dispetçer Mərkəzi tərəfindən həyata keçirilir.

Bildirilib ki, bu, müəssisələr və istehsal bölmələrinin gündəlik fəaliyyətində problemlər yaradıb,  vətəndaşlar arasında narazılığa səbəb olub.

İndiyə qədər bu kəsintilərin səbəbi və abunəçilərin necə məlumatlandırılacağı barədə heç bir rəsmi açıqlama verilməyib. 

Qeyd edək ki, bu il İranda təxminən 12.000 meqavat elektrik enerjisi çatışmazlığı olacağı proqnozlaşdırılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar