SON XƏBƏRLƏR

Xamənei ilə İraqda da vida mərasimi keçiriləcək

2026.06.22, 14:26
Xamənei ilə İraqda da vida mərasimi keçiriləcək

İslam Respublikasının keçmiş lideri Əli Xamənei dəfn olunmazdan əvvəl İraqın Kərbəla və Nəcəf şəhərlərində də vida mərasimi keçiriləcək.

Gunaz.tv

Bu barədə Əli Xaməneinin dəfn mərasimi üzrə qərargahın sözçüsü İman Əttarzadə məlumat yayıb.

O, bunun İraqın siyasi partiyaları, mədəni qrupları və İraq qəbilələrinin xahişi əsasında olduğunu bildirib.

Bundan əvvəl Tehran meri Əlirza Zəkani də İslam Respublikasının keçmiş liderinin vida mərasiminin İraqda keçiriləcəyini açıqlamışdı.

İslam Respublikası rəsmilərinin məlumatına görə, Əli Xamənei Tehranda üç günlük vida mərasimindən sonra iyulun 9-da Məşhəddə dəfn olunacaq.

Qeyd edək ki, Əli Xamənei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı həlak olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar