SON XƏBƏRLƏR

Netanyahu İsrailin lazım olduğu müddətcə güney Livanda qalacağını bildirib

2026.06.22, 18:56
Netanyahu İsrailin lazım olduğu müddətcə güney Livanda qalacağını bildirib

Livanın güneyində fəaliyyət göstərən hərbçilər tam əməliyyat azadlığına malikdirlər.

Gunaz.tv

Bunu İsrailin Baş naziri Benjamin Netanyahu bildirib.

“Mənim və müdafiə nazirinin İsrail ordusuna verdiyi göstəriş aydındır və dəyişməyib. Livanın güneyindəki qüvvələrimizə qarşı və ya İsrailin quzey sakinlərinə qarşı istənilən birbaşa və ya potensial təhlükənin qarşısını almaq üçün ordumuz tam fəaliyyət azadlığına malikdir. Bu məsələdə IDF üçün heç bir məhdudiyyət yoxdur”, – Netanyahu deyib.

Baş nazir İsrail ordusuna dəstəyini ifadə edərək, bütün ölkənin onların arxasında dayandığını vurğulayıb.

“Mən və bütün xalq onların arxasındadır”, – o qeyd edib.

Netanyahu qeyd edib ki, İsrail ordusu Livanın güneyində yaratdığı təhlükəsizlik zonasını tərk etməyəcək: “Quzey bölgəsinin sakinlərini və İsrail dövlətinin bütün vətəndaşlarını qorumaq üçün Livanın güneyindəki təhlükəsizlik zonasında nə qədər lazımdırsa, o qədər qalacağıq”.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar