SON XƏBƏRLƏR

Vaşinqton-Tehran razılaşması insan haqlarının pozulması bahasına olmamalıdır- Sato

2026.06.23, 15:06
Vaşinqton-Tehran razılaşması insan haqlarının pozulması bahasına olmamalıdır- Sato

ABŞ və İran arasında insan haqlarını və İran xalqının tələblərini nəzərə almayan hər hansı bir yekun razılaşma davamlı sülh yarada bilməz.

Gunaz.tv

Bunu BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato deyib.

Sato BMT-nin bir sıra müstəqil ekspertləri ilə birlikdə, ABŞ və İran hökuməti arasında müharibəyə son qoymaq üçün anlaşma memorandumunu ehtiyatla alqışlasa da, insan ahqlarının pozulması barədə xəbərdarlıq edib:

"İrandakı insan haqları vəziyyəti nəzərə alınmazsa, müqavilə kökündən qüsurlu olacaq. Fundamental dəyişiklik tələb edən milyonlarla iranlı danışıqlar prosesindən kənarda qalmamalı və istənilən yekun razılaşma İran hakimiyyətinin cavabdehlik məsələsini, qurbanlara kompensasiya ödənilməsini və daxili repressiyalara son qoymasını təmin etməlidir".

BMT-nin müstəqil ekspertlərinin Cenevrədə yayımladığı birgə bəyanatda milyonlarla iranlının dəyişiklik tələbi ilə etiraz aksiyaları keçrdiklərinə toxunulub və onların tələblərinin yerinə yetirilməli olduğu vurğulanıb:

"Geosiyasi maraqlara xidmət edən, ancaq İran xalqını geridə qoyan bir müqavilə sülh müqaviləsi adına layiq deyil".

BMT-nin müstəqil ekspertlərifevralın ilk yarısında müharibənin başlamasından bəri İranda daxili repressiyaların xeyli gücləndiyi barədə xəbərdarlıq ediblər.

Bəyanatda deyilir ki, son aylarda minlərlə insan həbs olunub və çoxsaylı işgəncələr, məcburi yoxa çıxarmalar, qısa məhkəmələr, məcburi etiraflar və siyasi motivli edamlar barədə məlumatlar yayılıb.

Ekspertlərin sözlərinə görə, müharibənin başlanğıcından bəri İranda təhlükəsizlik və casusluq ittihamlarına görə ən azı 42 nəfərin edam edildilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar