SON XƏBƏRLƏR

Pakistan: İranın ballistik raketlərə sahib olmaq haqqı var

2026.06.23, 21:35
Pakistan: İranın ballistik raketlərə sahib olmaq haqqı var

Şahbaz Şərif İranın raket proqramını müdafiə edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Pakistanın baş naziri Şahbaz Şərif bildirib ki, İranın ballistik raket proqramına münasibətdə ikili standart tətbiq edilməməlidir və İran da digər ölkələr kimi bu hərbi imkanlara sahib olmaq haqqına malikdir.

O həmçinin deyib ki, İran ilə ABŞ arasında əldə olunan anlaşmada ballistik raketlər mövzusu yer almayıb və tərəflər arasında aparılan danışıqların bir hissəsi olmayıb.

Bu açıqlamalar bəzi media orqanlarının İranın raket proqramının Tehran və Vaşinqton arasında müzakirə olunan əsas mövzulardan biri olduğunu iddia etməsindən sonra səsləndirilib. SEPAH-a yaxın olan “Fars” xəbər agentliyi bu iddianı rədd edərək Şahbaz Şərifin əvvəlki açıqlamalarını “səhv” adlandırıb.

İrana səfər edən İran prezidenti Məsud Pezeşkian da vurğulayıb: “Raket məsələsi anlaşmada yoxdur və heç vaxt da olmayacaq”.

O həmçinin iddia edib: “Əgər bizim raketlərimiz olmasaydı, İsrail və ABŞ İranı Qəzza kimi şumlayardı”.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar