SON XƏBƏRLƏR

Pakistan Pezeşkiana fəxri medal təqdim etdi

2026.06.23, 22:14
Pakistan Pezeşkiana fəxri medal təqdim etdi

İran Prezidenti Pakistana səfər edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran prezidenti Məsud Pezeşkian bu gün Pakistanın paytaxtı İslamabada səfər edib.

Pezeşkianı İslamabad Beynəlxalq Hava Limanında Pakistanın Baş naziri Şahbaz Şərif qarşılayıb.

Səfər çərçivəsində Pakistan tərəfi Pezeşkiana xüsusi fəxri mükafat təqdim edib. Bildirilib ki, Şahbaz Şərif ona Pakistan Həkimlər və Cərrahlar Kollecinin ürək cərrahiyyəsi üzrə fəxri “fellowship” statusunu verib.

Bundan əlavə, İranın xarici işlər naziri Abbas Əraqçi də Oman paytaxtı Maskatdan ayrıca uçuşla Pakistana gedib və İslamabadda Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar tərəfindən qarşılanıb.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar