SON XƏBƏRLƏR

23 yaşlı teatr aktyoru edam edilə bilər

2026.06.24, 09:43
23 yaşlı teatr aktyoru edam edilə bilər

İran məhkəməsinin çıxardığı qərara görə, Teatr aktyoru və Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Əli Səfəri müharibədə ittiham olunub və bu ittihama görə onun edam ediləcəyi gözlənilir.

Gunaz.tv

Bu barədə İran Müstəqil Kinematoqrafçılar Assosiasiyasının bəyanatında xəbərdarlqı edilib.

Assosiasiya, kino birliklərini və beynəlxalq qurumları bu sənətçini və həbsdə olan digər sənətçiləri xilas etmək üçün İran rejiminə və onun məhkəmə sisteminə təzyiqi artırmağa çağırıb.

Qeyd edək ki, 23 yaçlı Əli Səfəri yanvarın 8-də keçirilən etiraz aksiyasında həbs edilib və ona qarşı "müharibə" ittihamı irəli sürülüb.

Bu ittiham əksər hallarda edam cəzası ilə nəticələnir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar