SON XƏBƏRLƏR

Təbriz Maşınqayırma Zavodunun 1600 işçisi ödənilməmiş maaşlara görə tətil elan edib

2026.06.24, 10:24
Təbriz Maşınqayırma Zavodunun 1600 işçisi ödənilməmiş maaşlara görə tətil elan edib

1600 nəfərdən ibarət Təbriz Maşınqayırma Zavodunun işçiləri iki aylıq əməkhaqlarının ödənilməməsinə etiraz olaraq tətil ediblər.

Gunaz.tv

İLNA agentliyinin məlumatına görə, işçilər çərşənbə axşamı “qanuni hüquqlarının təmin olunması” məqsədilə iş dayandıraraq iki aylıq maaşlarının ödənilməsini tələb ediblər.

Azərbaycanlı işçilər İLNA-ya bildiriblər ki, inflyasiya və qiymət artımının həyat şəraitini daha da ağırlaşdırdığı bir vaxtda onların əməkhaqları hələ də ödənilməyib.

Məlumata əsasən, tətilin ardından Şərqi Azərbaycan valiliyində Maşınqayırma Zavodunun işçilərinin problemlərinin araşdırılması məqsədilə İşçi Komissiyasının iclası keçirilib. Lakin indiyədək komissiyanın nəticələri barədə heç bir məlumat açıqlanmayıb və valilik rəsmiləri də bu barədə açıqlama verməyiblər.

İşçilər vurğulayıblar ki, gecikdirilmiş maaşların dərhal ödənilməsi və onların əmək hüquqlarına təminat verilməsi təxirə salına bilməyəcək təcili tələbdir.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar