SON XƏBƏRLƏR

BMT-nin təxliyə planı çərçivəsində gəmilər Hörmüz boğazından keçməyə başlayıb

2026.06.24, 19:07
BMT-nin təxliyə planı çərçivəsində gəmilər Hörmüz boğazından keçməyə başlayıb

BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) hazırladığı xüsusi təxliyə sxemi çərçivəsində gəmilər Hörmüz boğazından keçməyə başlayıb.

Gunaz.tv

Təşkilatın sözçüsü bildirib ki, münaqişə səbəbindən Ərəb körfəzində qalan gəmilərin təhlükəsiz şəkildə bölgədən çıxarılmasını nəzərdə tutan plan artıq icra olunur.

IMO daha əvvəl açıqlamışdı ki, aylarla davam edən danışıqlardan sonra razılaşdırılan təşəbbüs yüzlərlə gəminin və təxminən 11 min dənizçinin Hörmüz boğazından təhlükəsiz keçidinə imkan verəcək.

“Gəmilər artıq plan çərçivəsində boğazdan keçməyə başlayıb”, – təşkilatın sözçüsü deyib.

O, keçid edən gəmilərin konkret sayı barədə əlavə məlumat verməyib.

 

 

C

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar