SON XƏBƏRLƏR

İran və ABŞ arasında yeni danışıqlar mərhələsi başlayır

2026.06.24, 21:33
İran və ABŞ arasında yeni danışıqlar mərhələsi başlayır

Rubio: İran və ABŞ arasında texniki danışıqlar gələn həftə bərpa olunacaq.

Gunaz.tv

Vaşinqton Tehranla danışıqların davam edəcəyini açıqlayıb.

Gunaz TV-nin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio İran və ABŞ arasında texniki danışıqların iyunun 29-u və ya 30-da İsveçrədə yenidən başlayacağını bildirib.

Rubio Yaxın Şərqə səfəri zamanı deyib ki, iki ölkənin texniki qrupları danışıqların davamı üçün yenidən İsveçrəyə qayıdacaq.

O, həmçinin vurğulayıb ki, Hörmüz boğazından keçidə görə rüsum və ya ödəniş alınmasını dünyada heç bir ölkə dəstəkləmir və bu boğaz beynəlxalq su yoludur.

ABŞ dövlət katibi əlavə edib ki, Vaşinqton İranla aparılan danışıqlarda Körfəz ölkələrindəki müttəfiqləri ilə tam koordinasiyalı şəkildə hərəkət edəcək və onları bu proseslə bağlı bütün qərarlardan məlumatlandıracaq.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar