SON XƏBƏRLƏR

BƏƏ rəsmisi: Hörmüz boğazının gələcəyi təcavüz yolu ilə müəyyən edilə bilməz

2026.06.25, 10:49
BƏƏ rəsmisi: Hörmüz boğazının gələcəyi təcavüz yolu ilə müəyyən edilə bilməz

Birləşmiş Ərəb Əmirlikləri prezidentinin müşaviri Ənvər Qərqaş çərşənbə günü bildirib ki, region ölkələrinə yeni geosiyasi reallıqlar “onlara qarşı həyata keçirilən xain təcavüz nəticəsində” qəbul etdirilə bilməz.

Gunaz.tv

O, X sosial şəbəkəsində yazıb:

“Güc tətbiqi nəticəsində yaranmış faktın qəbul etdirilməsi sabitlik yaratmır, əksinə gələcəkdə yeni ixtilaf və münaqişə toxumları səpir.”

Qərqaş əlavə edib:

“Bu, məhz Hörmüz boğazına da aiddir.”

BƏƏ rəsmisinin sözləri regionda davam edən gərginlik və Hörmüz boğazının təhlükəsizliyi ətrafında gedən müzakirələr fonunda səsləndirilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar