SON XƏBƏRLƏR

Avstraliyada yəhudi mərkzlərinə hücumlara SEPAH rəhbərlik edib - Burqes

2026.06.25, 12:13
Avstraliyada yəhudi mərkzlərinə hücumlara SEPAH rəhbərlik edib - Burqes

SEPAH Sidney və Melburndakı yəhudi hədəflərinə qarşı yanğın hücumlarını idarə etmək üçün bir vaxtlar Avstraliyada yaşamış iki agentdən istifadə ediblər.

Gunaz.tv

Bunu Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatının (ASIO) baş direktoru Mayk Burqes deyib.

"İran Avstraliyanı gizli və idarə olunan zorakılıq aktları üçün legitim hədəf kimi görməyə davam edir",- o əlavə edib.

Burqes bildirib ki, Avstraliya vətəndaşı təşkilatın dünya üzrə şəbəkələrini idarə edən SEPAH-ın yüksək vəzifəli agenti olub.

Onun sözlərinə görə, İran keçmiş Avstraliya sakinini İraqda yerləşən milis qrupları vasitəsilə işə götürüb. O əlavə edib ki,SEPAH bu şəxsin cinayətkar əlaqələrini təşkil edib və onun davam edən cinayətkar fəaliyyətlərini dəstəkləyib.

Avstraliya ötən il 2024-cü ildə iki ay fərqlə Sidneydəki halal yəhudi restoranına və Melburndakı Edas İsrail sinaqoquna zərər verən yanğınlarda İranı günahlandırıb.

İttihamlar böyük diplomatik qarşıdurmaya səbəb olub və İslam Respublikasının Avstraliyadakı səfirinin ölkədən çıxarılmasına səbəb olub. Tehran iddiaları rədd edir.

Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatının (ASIO) baş direktoru Mayk Burqes, əvvəllər SEPAH-ın 2023-cü ildə İsrailin HƏMAS-a qarşı müharibəsinin başlamasından bəri Avstraliyada törədilən digər antisemit cinayətlərin arxasında durduğuna inanıldığını söyləmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar