SON XƏBƏRLƏR

Oman: Hörmüz boğazı ilə bağlı gələcək razılaşmalarda keçid haqqı nəzərdə tutulmur

2026.06.25, 15:51
Oman: Hörmüz boğazı ilə bağlı gələcək razılaşmalarda keçid haqqı nəzərdə tutulmur

Oman ABŞ və İran arasında əldə olunmuş anlaşma memorandumunu dəstəklədiyini bildirərək, Hörmüz boğazı ilə bağlı gələcək tənzimləmələrdə gəmilərdən keçid haqqının alınmasının nəzərdə tutulmadığını açıqlayıb.

Gunaz.tv

Omanın xarici işlər naziri bu barədə Bəhreyndə keçirilən Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə ABŞ arasında birgə nazirlər toplantısında çıxışı zamanı danışıb. Məlumatı Oman Xəbər Agentliyi yayıb.

Nazir bildirib ki, Hörmüz boğazına sahili olan dövlət kimi Oman beynəlxalq hüquq və BMT-nin Dəniz Hüququ Konvensiyası çərçivəsində dəniz naviqasiyasının təhlükəsizliyini təmin etməyə yönəlmiş beynəlxalq səyləri dəstəkləmək baxımından xüsusi məsuliyyət daşıyır.

Oman həmçinin boğazda naviqasiya azadlığının və təhlükəsiz gəmiçiliyin tam şəkildə bərpa edilməsinə çağırıb.

Bəyanatda vurğulanıb ki, ABŞ və İran arasında imzalanmış memorandum qarşıya qoyulan məqsədlərə nail olmalı və regionda sülhün təmin olunmasına töhfə verməlidir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar