SON XƏBƏRLƏR

Ərəb ölkələri İranın raket proqramına qarşı mövqe ortaya qoydu

2026.06.25, 18:33
Ərəb ölkələri İranın raket proqramına qarşı mövqe ortaya qoydu

Ərəb ölkələri davamlı sülhü İranın davranışlarını dəyişməsi ilə əlaqələndirdi.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Ərəb Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri bildiriblər ki, bölgədə davamlı sülh və sabitliyin təmin olunması üçün İranın raket proqramı və Tehranın dəstəklədiyi vəkil qüvvələr məsələsinə son qoyulmalıdır.

Marko Rubionun iştirakı ilə keçirilən görüşdən sonra yayımlanan birgə bəyanatda deyilir: “Bölgədə davamlı sülh və təhlükəsizlik İranın yaratdığı bütün təhdidlərin aradan qaldırılmasını tələb edir; o cümlədən ballistik raketlər, pilotsuz uçuş aparatları və İranın bölgədəki vəkil qüvvələrə verdiyi dəstək.”

Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin xarici işlər nazirləri həmçinin vurğulayıblar ki, İranla hər hansı ticarət və investisiya əməkdaşlığı Tehranın ABŞ ilə əldə olunmuş anlaşmaya və gələcək yekun razılaşmaya sadiq qalmasından asılı olacaq.

Onlar bildiriblər ki, İranın sabitliyi pozan fəaliyyətlərini dayandırması və iqtisadi əməkdaşlıq üçün uyğun şərait yaratması, ticarət əlaqələrinin genişləndirilməsi üçün əsas şərtlərdəndir.

Marko Rubio da görüşdən sonra bildirib ki, ABŞ İranla bağlı istənilən razılaşmada Körfəzdəki müttəfiqlərinin maraqlarını nəzərə alacaq.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar