SON XƏBƏRLƏR

Hörmüz boğazında yük gəmisinə raket zərbəsi endirildi

2026.06.25, 19:32
Hörmüz boğazında yük gəmisinə raket zərbəsi endirildi

Oman sahilləri yaxınlığında ticarət gəmisi zədələndi.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Oman sahilləri yaxınlığında və Hörmüz boğazında hərəkət edən bir yük gəmisi naməlum raket zərbəsinə məruz qalıb və zədələnib.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi bildirib ki, raket gəminin idarəetmə hissəsinə dəyib. Hadisə nəticəsində insan tələfatı və ya ekoloji zərər qeydə alınmayıb.

Məlumatlara görə, insident Oman sahillərindən təxminən 14 kilometr aralıda baş verib. Zərər görən gəminin Sinqapur bayrağı altında üzən “Ever Lovely” konteyner gəmisi olduğu bildirilib.

Hadisə Hörmüz boğazında gəmi hərəkəti ilə bağlı gərginliyin artdığı bir vaxtda baş verib. Son günlər bəzi gəmilər marşrutlarını dəyişib, bəziləri isə bu strateji su yolundan keçməkdən imtina edib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar