SON XƏBƏRLƏR

İsraildən Tehrana sərt xəbərdarlıq: “Zərbə vuracağıq”

2026.06.25, 23:18
İsraildən Tehrana sərt xəbərdarlıq: “Zərbə vuracağıq”

Netanyahu açıqladı: İsrail geri çəkilmir. İsrail İrana qarşı sərt cavab vəd etdi. 

Gunaz.tv

Günaz TV xəbər verir ki, İsrailin müdafiə naziri İsrail Katz döyüş zabitlərinin məzuniyyət mərasimində İrana xəbərdarlıq edərək bildirib ki, İsrailə qarşı istənilən hücum sərt cavabla qarşılanacaq.

Katz deyib: “Əgər İran İsrailin Livandakı fəaliyyətlərinə görə və ya hər hansı başqa səbəbdən İsrailə hücum edərsə, biz bütün gücümüzlə ona zərbə vuracağıq; elə bir şəkildə ki, güc üstünlüyümüzü açıq şəkildə göstərsin.”

Eyni zamanda İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrailin Livanın cənubundakı təhlükəsizlik bölgələrində, Suriyada və Qəzza zolağında hərbi mövcudluğu davam edəcək və bunun başa çatması üçün müəyyən edilmiş vaxt yoxdur.

Bu açıqlamalar İranın ABŞ-la son danışıqlarında İsrailin Livandakı qarşıdurmanı genişləndirməsinin qarşısının alınmasını və İsrail qüvvələrinin Livan ərazisindən çıxmasını tələb etdiyi bir vaxtda verilib.

Həmçinin bəzi livanlı rəsmilər və Hizbullahı tənqid edən siyasi qruplar Tehranın Livanın daxili işlərinə müdaxilə etdiyini və ölkənin siyasi-hərbi qərarlarına təsir göstərdiyini iddia edirlər.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar