SON XƏBƏRLƏR

17 ildən sonra ilk dəfə; Tramp 1400 nəfərlik heyətlə Ankaraya gəlir

2026.06.25, 23:48
17 ildən sonra ilk dəfə; Tramp 1400 nəfərlik heyətlə Ankaraya gəlir

ABŞ prezidenti NATO sammitində iştirak edəcək.

Gunaz.tv

Günaz TV xəbər verir ki, ABŞ prezidenti Donald Tramp NATO liderlərinin Ankarada keçiriləcək sammitində iştirak etmək üçün Türkiyəyə səfər edəcək.

NATO sammiti 7 və 8 iyul 2026-cı il tarixlərində Ankarada keçiriləcək və Tramp bu görüşdə iştirak edəcəyini təsdiqləyib.

Məlumata görə, Trampın iyulun 6-sı və ya 7-si Ankaraya gələcəyi gözlənilir. Bu səfər fəaliyyətdə olan ABŞ prezidentinin Türkiyənin paytaxtına təxminən 17 ildən sonra ilk səfəri olacaq.

Bildirilib ki, Tramp siyasi şəxslər, diplomatlar, hərbçilər və təhlükəsizlik nümayəndələrindən ibarət təxminən 1400 nəfərlik heyətlə Türkiyəyə səfər edəcək.

Tramp Türkiyəyə səfəri ilə bağlı Rəcəb Tayyib Ərdoğana deyib: “Mən yalnız sənin xatirinə gəlirəm” və bu səfəri Türkiyənin ev sahibliyinə hörmət kimi qiymətləndirib.

Sammit ABŞ və Avropa ölkələri arasında NATO-nun müdafiə xərcləri, Ukrayna müharibəsi və Yaxın Şərq məsələləri ilə bağlı fikir ayrılıqlarının davam etdiyi bir vaxtda keçirilir.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar