SON XƏBƏRLƏR

“Sevinc Book” Aşura günü münasibətilə Zəncanda mədəni xeyriyyə eyləmi keçirib

2026.06.26, 11:00
“Sevinc Book” Aşura günü münasibətilə Zəncanda mədəni xeyriyyə eyləmi keçirib

Türkcə kitabların satışı ilə məşğul olan “Sevinc Book” Aşura günündə Zəncan şəhərində mədəni xeyriyyə eyləmi çərçivəsində uşaqlara türkcə kitablar paylayıb.

Gunaz.tv

Aksiya uşaqlarda mütaliə vərdişinin təşviqi, dil kimliyinin gücləndirilməsi və kitab oxumağa marağın artırılması məqsədilə təşkil olunub və tədbir iştirakçısı olan ailələr və uşaqlar tərəfindən müsbət qarşılanıb.

Təşkilatçılar bildiriblər ki, əsas məqsədləri dini günlərdən istifadə edərək yeni nəsil arasında mədəni və maarifləndirici fəaliyyətləri gücləndirməkdir.

Aksiya çərçivəsində uşaqlara türkcə hazırlanmış uşaq və maarifləndirici kitablar paylanılıb ki, onların həm mütaliəyə, həm də ana dilinə marağı artsın.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar