SON XƏBƏRLƏR

Sistan və Bəlucistamda denegi qızdırması yayıldı

2026.06.26, 14:36
Sistan və Bəlucistamda denegi qızdırması yayıldı

İranın Sistan və Bəlucistan əyalətinin cənub bölgələrində ən azı 1000 nəfərə yaxın insan dengi qızdırmasına yoluxub.

Gunaz.tv

Bu haqda Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Məlumata görə, yoluxanların müalicəsi üçün uyğun şərayit və dərmanların olmaması xəstələr arasında ölüm hallarının artması barədə narahatlıqları artırıb.

"Yoluxmuş insanların sayı artsa da, Bəlucistanın bir çox şəhəri hələ də mütəxəssis həkimlər, diaqnostika müəssisələri, tibbi avadanlıqlar və səhiyyə infrastrukturu çatışmazlığı ilə üzləşir. Bu vəziyyət xəstələrin diaqnozu, onlara qulluq və müalicəsi prosesini daha da çətinləşdirir",- məlumatda bldirilib.

Bununla yanaşı risk altında olan ərazilərdə səhiyyə xidmətlərinin və profilaktik tədbirlərin gücləndirilməməsi diqqətə çatdırılıb, bunun yoluxanların sayının artması ilə nəticələnəcəyi barədə xəbərdarlıq edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar