SON XƏBƏRLƏR

ABŞ tərəfindən saxlanılan neft tankerinin 22 heyət üzvü Pakistana çatıb

2026.06.26, 19:28
ABŞ tərəfindən saxlanılan neft tankerinin 22 heyət üzvü Pakistana çatıb

İranlı dənizçilər ölkəyə qaytarılacaq.

Gunaz.tv

Günaz TV xəbər verir ki, İran son qarşıdurmalar zamanı ABŞ tərəfindən saxlanılan neft tankerinin 22 iranlı heyət üzvünün Pakistanın Kəraçi şəhərindəki İran Baş Konsulluğuna təhvil verildiyini açıqlayıb.

İranın rəsmi İRNA agentliyi bildirib ki, Tehran və Vaşinqton arasında danışıqlarda vasitəçi ölkələrdən biri olan Pakistan iranlı dənizçilərin geri qaytarılması prosesini asanlaşdırıb.

Məlumata görə, tanker heyəti Kəraçiyə köçürüldükdən sonra İrana qaytarılacaq və onlar bu şəhərdəki İran diplomatlarına təhvil veriliblər.

İran rəsmiləri neft tankerinin adını, eləcə də onun nə vaxt və harada saxlanıldığını açıqlamayıb.

Bu addım ABŞ qüvvələrinin İranla bağlı dəniz mühasirəsi zamanı bir neçə gəmi və neft tankerini saxlamasından sonra həyata keçirilib. Dəniz mühasirəsi İran və ABŞ arasında anlaşma memorandumunun imzalanmasından sonra dayandırılıb.


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar