SON XƏBƏRLƏR

Əbu-Dabi gəmiçiliyin azadlığına zəmanət tələb etdi

2026.06.26, 21:32
Əbu-Dabi gəmiçiliyin azadlığına zəmanət tələb etdi

BƏƏ Hörmüz boğazında təhlükəsiz keçidə çağırdı.

Gunaz.tv

Günaz TV xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri İranlı həmkarı ilə telefon danışığında ABŞ və İran arasında əldə olunan razılaşmaya əməl edilməsini və Hörmüz boğazında gəmiçilik azadlığının təmin olunmasını tələb edib.

Abdullah bin Zayed Əl Nəhyan Abbas Əraqçi ilə söhbətində Vaşinqton və Tehran arasında imzalanmış anlaşmanın tam icrasının qarşıdurmaların dayandırılmasına, ölkələrin suverenliyinə hörmət edilməsinə və beynəlxalq hüquqa əməl olunmasına kömək edəcəyini bildirib.

BƏƏ xarici işlər naziri həmçinin dəniz yollarının qorunmasının və beynəlxalq gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin edilməsinin vacibliyini vurğulayıb.

O, davam edən danışıqların regionda davamlı təhlükəsizlik və sabitliyə yol açacaq nəticələr verəcəyinə ümid etdiyini bildirib.

Bu açıqlamalar BƏƏ-nin ABŞ və İsrailin İranla 40 günlük qarşıdurması zamanı İranın raket və dron hücumlarının hədəfinə çevrilməsindən sonra verilib.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar