SON XƏBƏRLƏR

Savədəkı Yanvar etirazlarının 30 məhbusu aclıq aksiyasına başlayıb

2026.06.26, 22:28
Savədəkı Yanvar etirazlarının 30 məhbusu aclıq aksiyasına başlayıb

Məhbuslar ağır hökmlərə etiraz edir.

Gunaz.tv

Günaz TV xəbər verir ki, 2026-cı ilin yanvarında baş verən etirazlar zamanı saxlanılan 30 azərbaycanlı fəal hazırda Güney Azərbaycanın Mərkəzi ostanında yerləşən Savə Mərkəzi həbsxanasında saxlanılır və “ağır və ədalətsiz” hökmlərə etiraz olaraq kollektiv aclıq aksiyasına başlayıb.

Məlumata görə, aclıq aksiyası bu gündən, cümə günü, Savə Mərkəzi həbsxanasının müxtəlif bölmələrində eyni vaxtda başlayıb.

Bu məhbuslar İnqilab və Mərkəzi ostanın Cinayət məhkəmələri tərəfindən verilən “tələsik məhkəmə prosesi, təhlükəsizlik ssenarilərinin hazırlanması və ağır həbs cəzaları ilə əlavə cəzaların tətbiqinə” etiraz olaraq bu addımı atıblar.

Məlumatlı mənbələrin bildirdiyinə görə, İran məhkəmə sistemi təqsirləndirilən şəxslərin müdafiələrini nəzərə almadan və işgəncə altında alındığı iddia edilən məcburi etiraflara əsaslanaraq onlar haqqında ağır hökmlər çıxarıb.

Təxminən altı aydır Savə həbsxanasında saxlanılan bu etirazçılar bu müddət ərzində pis sosial və gigiyenik şəraitlə üzləşib, müstəqil vəkilə çıxış və ədalətli məhkəmə hüququndan məhrum ediliblər.

Mərkəzi ostanda yerləşən Savə Mərkəzi həbsxanası son illərdə, xüsusilə ümumxalq etirazları zamanı çox sayda etirazçı və siyasi məhbusun saxlanıldığı həbsxanalardan biri olub.

İnsan haqları təşkilatlarının hesabatlarına görə, bu həbsxananın vəziyyəti və orada saxlanılan siyasi məhbusların şəraiti ciddi problemlərlə üzləşir. Bu həbsxanada kişilər üçün 10, qadınlar üçün isə bir xüsusi bölmə olduğu bildirilir.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar