SON XƏBƏRLƏR

Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb

2026.06.27, 09:28
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb

İsrailin Baş naziri Benyamin Netanyahu Livanla bağlı çərçivə razılaşmasını İrana zərbə adlandırıb.

Gunaz.tv

Onun sözlərinə görə, "Ən vacib məsələ odur ki, ilk növbədə İsrail Cənubi Livandakı təhlükəsizlik zonasını qoruyub saxlayır. Bu, böyük nailiyyətdir və Hizbullah silahsızlaşdırılmayana, İsrail dövləti üçün təhlükə aradan qalxmayana qədər biz bu mövqeyimizi saxlayacağıq."

Netanyahu bildirib ki, bu razılaşma İran üçün də ciddi zərbədir.

"Əslində İsrail, Livan və ABŞ İrana deyirlər ki, bu sizin işiniz deyil. Biz tank əleyhinə raketlərin təsir radiusundan kənarda yerləşən ilkin təhlükəsizlik zonasını daim qoruyub saxlayırıq", – deyə o vurğulayıb.

Baş nazir əlavə edib ki, razılaşmaya əsasən Livan ordusuna müəyyən ərazilərdə yerləşərək nəzarəti bərpa etməyə imkan veriləcək.

"Biz iki pilot zona yaradırıq. Hər ikisi İsrail Müdafiə Qüvvələrinin (IDF) tövsiyəsi əsasında müəyyən edilib", – deyə Netanyahu bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar