SON XƏBƏRLƏR

Hizbullahın silahsızlanmaya etirazı; İranın izi görünür

2026.06.27, 19:44
Hizbullahın silahsızlanmaya etirazı; İranın izi görünür

Gunaz.tv

Hizbullah lideri Naim Qasim Vaşinqtonda imzalanan İsrail-Livan razılaşmasını “batil” və “alçaldıcı” adlandıraraq, bunun Livanın suverenliyinin təslim edilməsi anlamına gəldiyini bildirib.

Qasim şənbə günü, verdiyi bəyanatda bu razılaşmanın İran və ABŞ arasında imzalanacaq anlaşma memorandumu ilə əvəz edilməli olduğunu deyib.

Hizbullah rəhbəri vurğulayıb ki, İsrail qüvvələrinin Livanın cənubundan çıxmasının bu qrupun silahsızlandırılması şərtinə bağlanması “qırmızı xətlər”i keçmək deməkdir.

ABŞ-ın təklif etdiyi plana əsasən, İsrail qüvvələri mərhələli şəkildə Livanın cənubundakı müxtəlif bölgələrə nəzarəti Livan ordusuna təhvil verəcək. Livan ordusu isə Hizbullahın silahlı qüvvələrinin həmin ərazilərə daxil olmasının qarşısını almağa cavabdeh olacaq.

Livan daha əvvəl İsrail qüvvələrinin ölkənin cənub bölgələrindən tamamilə çıxmasını tələb etmişdi.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar