SON XƏBƏRLƏR

İranın PUA hücumu;  ərəb ölkələri təcili toplandı

2026.06.27, 21:20
İranın PUA hücumu;  ərəb ölkələri təcili toplandı

Gunaz.tv

İranın Bəhreyndəki mövqelərə dron hücumu etməsindən sonra Körfəz Ərəb ölkələri reaksiya verib və bölgədəki vəziyyəti müzakirə etmək üçün diplomatik təmaslarını artırıb.

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan şənbə günü, iyunun 27-də Misirin xarici işlər naziri Bədr Əbdülati və Qətərin baş naziri, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

Bu danışıqlar İranın iki intihar dronu ilə Bəhreyndəki mövqeləri hədəf almasından bir neçə saat sonra baş tutub. Bu addım bölgə ərəb ölkələrinin geniş tənqidinə səbəb olub və Yaxın Şərqdə qeyri-sabitliyin artması ilə bağlı narahatlıqları gücləndirib.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bildirib ki, görüşlərdə bölgədəki son hadisələr və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

İranın Bəhreynə qarşı son hücumu Tehran hakimiyyətinin regional siyasətinin ərəb ölkələri tərəfindən dəfələrlə tənqid edildiyi bir vaxtda baş verib. Bölgədəki bir çox dövlət İranın addımlarını Körfəz regionunda gərginliyin və təhlükəsizliyin pozulmasının əsas səbəblərindən biri hesab edir.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar