SON XƏBƏRLƏR

İranda dollar yenidən bahalaşmağa başladı

2026.06.27, 23:32
İranda dollar yenidən bahalaşmağa başladı

Gunaz.tv

İran və ABŞ arasında aparılan danışıqlardan sonra qısa müddətlik ucuzlaşan xarici valyutalar yenidən bahalaşmağa başlayıb.

Şənbə günü İranın açıq bazarında bir ABŞ dollarının qiyməti 166 min 700 tümənə yüksəlib.

Bu, İran və ABŞ arasında anlaşma memorandumunun imzalanmasından sonra dolların təxminən 153 min tümənə qədər enməsindən sonra baş verib.

İranın açıq valyuta bazarında avronun qiyməti də şənbə günü 190 min 380 tümənə çatıb.

Valyuta bazarındakı yeni artım İran iqtisadiyyatında davam edən qeyri-müəyyənliyin və böhranların davam etdiyini göstərir.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar