SON XƏBƏRLƏR

İranda daha bir bəluc məhbus öldürüldü

2026.06.29, 15:09
İranda daha bir bəluc məhbus öldürüldü

Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərinin həbsxanasında saxlanılan Davud Mir adlı 50 yaşlı məhbus həlak olub.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, məhbusun ürək xəstəliyinə tutulmasına baxmayaraq, həbsxana rəhbərliyi onun tibb məntəqəsinə köçürülməsinə və dərmanlarla təmin olunmasına icazə vermədyi üçün Davud Mir həyatını itirib.

Onun ailəsi məhbusun fiziki vəziyyətinə və tibbi xidmətlərin göstərilməsindəki gecikməyə etiraz edərək hadisənin aydınlaşdırılmasını və ölüm səbəbinin araşdırılmasını tələb edirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar