SON XƏBƏRLƏR

Tehran Vaşinqtonla danışıqları rədd etdi

2026.06.29, 21:43
Tehran Vaşinqtonla danışıqları rədd etdi

Qətərdə ABŞ-la heç bir danışıqlar aparılmayacaq.

Gunaz.tv

GünAz TV-nin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bazar ertəsi günü ABŞ-la Dohada hər hansı danışıqların aparılacağını rədd edib və bildirib ki, qarşıdakı günlərdə heç bir danışıqlar olmayacaq.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın İranın Qətərdə çərşənbə axşamı günü danışıqlar aparmaq üçün müraciət etdiyini açıqlamasından və Ağ Ev sözçüsünün Stiv Vitkof və Cared Kuşnerin ABŞ nümayəndələri kimi Qətərə gedəcəyini bildirməsindən sonra verilib.

Bəqai bu barədə deyib: “Yaxın günlərdə heç bir səviyyədə ABŞ tərəfi ilə danışıqlar görüşümüz yoxdur və Amerika nümayəndələrinin Qətərə səfəri İran nümayəndə heyətinin anlaşma memorandumunun, o cümlədən 11-ci bəndin icrasını izləmək məqsədi ilə etdiyi səfərlə əlaqəli deyil.”

O, əlavə edib ki, İranın “ekspert heyəti” bu həftə İranın ABŞ ilə imzaladığı anlaşma memorandumunun 11-ci bəndinə əsasən dondurulmuş vəsaitlərin azad olunmasını izləmək üçün Qətərə gedəcək.

Bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian bildirmişdi ki, “Qətərdəki İran mənbələrinin ümumilikdə 12 milyard dollarından 6 milyard dolları azad edilərək ölkəyə qaytarılacaq”.

 


GünAzTV
R.G

 

Vitkoff və Kuşner İran razılaşması ilə bağlı danışıqlar üçün Dohaya yollanır – Axios

2026.06.29, 20:31

Vitkoff və Kuşner İran razılaşması ilə bağlı danışıqlar üçün Dohaya yollanır – Axios

 

 

Tramp: İran görüş tələb edib

2026.06.29, 15:53

Tramp: İran görüş tələb edib

 


 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar