SON XƏBƏRLƏR

Həmədan etirazlarla bağlı 2000 hökm çıxarıldı

2026.06.29, 22:50
Həmədan etirazlarla bağlı 2000 hökm çıxarıldı

Həmədan: Etirazlarla bağlı 2000 məhkəmə işi üzrə hökm verilib.

Gunaz.tv

GunAz TV-nin məlumatına görə, 2026-cı ilin yanvar ayında baş verən ümummilli etirazlardan bir neçə ay sonra İranın məhkəmə sistemi etirazçılarla bağlı məhkəmə işlərinə baxılmasını və hökmlərin çıxarılmasını davam etdirir.

Hüquq müdafiə təşkilatlarının məlumatına görə, Həmədan vilayətinin Ədliyyə rəhbəri bildirib ki, bu vilayətdə etirazlarla bağlı təxminən 2000 məhkəmə işi üzrə hökm çıxarılıb və digər dosyelər də araşdırılır.

Həmədan Ədliyyəsinin rəhbəri həmçinin bildirib ki, məhkəmə sistemi “təhlükəsizliyi pozan şəxslər” adlandırılan şəxslərlə bağlı heç bir güzəşt və ya yumşaqlıq göstərməyəcək.

Bu açıqlamalar hüquq müdafiə qurumlarının İranda etirazçılara qarşı məhkəmə təzyiqlərinin davam etməsi və vətəndaş azadlıqlarının məhdudlaşdırılması ilə bağlı xəbərdarlıqları fonunda verilib.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar