SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda polis əməkdaşı güllələnib

2026.06.30, 11:46
Sistan və Bəlucistanda polis əməkdaşı güllələnib

Sistan və Bəlucistan əyalətinin Səravan şəhərində polis əməkdaşı öldürülüb.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, naməlum silahlı şəxslər yanacaq doldurma məntəqəsində Əmir Hüseyn Ərbabi adlı polis əməkdaşının avtomobilinə atəş açıblar. Nəticədə polis həlak olub, həyat yoldaşı isə yaralanıb.

Silahlı hücumçuların hadisə yerindən qaçdığı və saxlanılmaları üçün əməliyyat başladığı bildirilib.

SEPAH-a bağlı "Təsnim" xəbər agentliyi hücumun "ABŞ və İsrailə bağlı qruplaşma üzvləri tərəfindən həyata keçirilən terror hadisəsi adlandırsa da, hələlik hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar