SON XƏBƏRLƏR

Trampa İranın danışıqlarda uzun illər əldə etdiyi üstünlüyü dayandırmaq çağırışı edilib

2026.07.01, 09:18
Trampa İranın danışıqlarda uzun illər əldə etdiyi üstünlüyü dayandırmaq çağırışı edilib

Demokrasiyaların Müdafiəsi Fondunun (FDD) prezidenti Klifford D. Mey çərşənbə axşamı "The Washington Times" qəzetində dərc olunan şərh yazısında ABŞ Prezidenti Donald Trampı İranın Vaşinqtonla danışıqlarda onilliklər ərzində əldə etdiyi üstünlüyün davam etməsinin qarşısını almağa çağırıb.

Gunaz.tv

Mey yazıb ki, ABŞ-ın son hərbi əməliyyatları İranın nüvə və ənənəvi hərbi imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib. Bununla belə, onun fikrincə, Tehran tarixən girov götürmək kimi üsullardan, eləcə də ABŞ-ın təkrarlanan təmkinli davranışı və yanlış hesablamalarından istifadə edərək diplomatik danışıqlarda üstünlük qazanıb.

Şərhdə bildirilir ki, Trampın İranın danışıqlar masasında uzun illər davam edən üstünlük vəziyyətinə son qoymaq imkanı var.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar