SON XƏBƏRLƏR

Qərbi Azərbaycan tonlarla narkotik maddə aşkarlanıb

2026.07.01, 09:26
Qərbi Azərbaycan tonlarla narkotik maddə aşkarlanıb

Ötən ilin mart ayından cari ilin mart ayına kimi Qərbi Azərbaycan əyalətində ümumilikdə 18 ton müxtılif növ narkotik maddələr aşkarlanaraq götürülüb.

Gunaz.tv

Bunu Qərbi Azərbaycan Narkotiklərlə Mübarizə Koordinasiya Şurasının katibi Cəfər Zülfüqari deyib.

O, keçirilən əməliyyatlar zamanı saxlanılan narkotik maddə alverçilərinin sayı barədə açıqlama verməyib.

Zülfüqari Qərbi Azərbaycan əyalətində narkotik maddə alverçilərinin 5 faizinin qadın olduğunu, bunun ölkə üzrə orta göstəricidən  aşağı olduğunu bildirib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, İranda narkotik aludəçilərinin 9%-i qadındır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar