SON XƏBƏRLƏR

Qəzvin həbsxanasında siyasi məhbus ölümcül döyülüb

2026.07.01, 09:49
Qəzvin həbsxanasında siyasi məhbus ölümcül döyülüb

Hökumət məmurları və həbsxana nəzarətçiləri Qəzvinin Çubindər həbsxanasında saxlanılan azərbaycanlı siyasi fəal Məhəmmədrza Murad Behruzini ölümcül şəkildə döyüblər.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, hadisə siyasi məhbusların nəzarətçilərin təzyiq və təhqirlərinə etiraz aksiyalarından sonra baş verib.

Döyülmə nəticəsində Məhəmmədrza Murad Behruzinin bir neçə qabırqası və bir əli sınıb, sifətindən ağır xəsarətlər alb.

Bildirilib ki, onun vəziyyətinin ağır olduğu üçün xəstəxanaya köçürülüb.

Qeyd edək ki, Məhəmmədrza Murad Behruzi bir neçə ittihama, o cümlədən "milli təhlükəsizliyə qarşı çıxmaq" ittihamına görə həbs edilib.

Onun həyat yoldaşı Suri Babai Çegini də yanvarın 6-da etiraz aksiyasında saxlanılıb və "rəhbəri təhqir etmək" və "hökumətə qarşı təbliğat ittihamalrı ilə 3 il həbs cəzasına məhkum edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar