SON XƏBƏRLƏR

Gecə mitinqləri ölkənin maraqlarına uyğun deyil- Millət vəkili

2026.07.01, 15:56
Gecə mitinqləri ölkənin maraqlarına uyğun deyil- Millət vəkili

Görünən budur ki, bu gecə proqramları və mitinqlərinin arxasında SEPAH və "Bəsic" dayanır.

Gunaz.tv

Bunu İran parlamentin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Baxşayeş Ərdəstani "Ruydad 24" saytına deyib.

“Gecə mitinqləri aşındırıcı hala gəlib və onların davam etdirilməsi uzunmüddətli perspektivdə İslam Respublikasının maraqlarına uyğun ola bilməz”,- o əlavə edib.

Millət vəkili bu toplantıların hökumət vaizləri tərəfindən idarə olunduğunu və onların tədricən azaldılmalı olduğunu söyləyib.

Bəxşayeş Ərdestani ölkədə məişət problemlərinin də artdığını qeyd edib:

“Dolanışıq baxımından cəmiyyəti elə bir vəziyyətə çatdırmışıq ki, insanlar etirazlara meyilləniblər".

Qeyd edək ki, 40 günlük mühribədən sonra İranın müxtəlif şəhərlərində gecələr sərtt xətt tərəfdarlarına bağlı qruplar mitinqlər keçirirlər.

Əsasən Məsud Pezeşkianın rəqibləri tərəfindən təşkil olunan mitinqlərdə Qərblə danışıqların əleyhinə şüarlar səsləndirir, müharibəyə çağırışlar edilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar