SON XƏBƏRLƏR

NYT: ABŞ İraqın İranla əlaqələrinə görə dayandırdığı dollar göndərişlərini qismən bərpa edib

2026.07.02, 09:42
NYT: ABŞ İraqın İranla əlaqələrinə görə dayandırdığı dollar göndərişlərini qismən bərpa edib

ABŞ, Bağdadı İrandan uzaqlaşmağa sövq etmək məqsədilə bir neçə ay əvvəl dayandırdığı nağd dolların hava yolu ilə İraqa göndərilməsini qismən bərpa edib.

Gunaz.tv

Bu barədə "The New York Times" İraq baş nazirinin iki köməkçisinə istinadən məlumat yayıb.

İraqın Baş naziri Əli əl-Zaidinin sözçüsü Heydər əl-Abudi bildirib: “İraqa dollar göndərişləri bərpa olunub. Problem həll edilib.”

Məlumata görə, buna baxmayaraq, ABŞ-ın İraqla təhlükəsizlik sahəsində əməkdaşlığı və İraqın təhlükəsizlik xidmətlərinin maliyyələşdirilməsi hələ də dayandırılmış vəziyyətdə qalır.

"The New York Times" yazır ki, Tramp administrasiyası aprel ayında İraqın neft satışından əldə etdiyi vəsaitlərin köçürülməsini dayandırmışdı. Vaşinqton bununla Bağdada təzyiq göstərərək İrana bağlı silahlı qruplaşmaların təsirini məhdudlaşdırmasını və Tehranla yaxın hesab edilən baş nazir namizədlərinin qarşısını almasını tələb edirdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar