SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda kürd terror qruplaşmasının 11 üzvü öldürülüb

2026.07.02, 10:21
Qərbi Azərbaycanda kürd terror qruplaşmasının 11 üzvü öldürülüb

SEPAH qüvvələri ilə İran Kürdüstan Demokrat Partiyasının silahlı üzvləri arasında Xana (Piranşəhr) və Sarıdaş (Sərdəşt) bölgələrində baş verən iki ayrı qarşıdurmada bu qruplaşmanın 11 üzvü öldürülüb.

Gunaz.tv

Məlumata görə, onlardan altısı Xana (Piranşəhr) bölgəsinin Qızqapan ərazisində, digər beş nəfər isə Sarıdaşın (Sərdəşt) Musalan kəndində SEPAH qüvvələrinin pusqusuna düşərək baş verən silahlı toqquşmalarda həlak olublar.

Son günlər Amerikanın Səsinin farsdilli xidmətinin “Omaq-e Meydan” proqramında İran Kürdüstan Demokrat Partiyasının mövqeyinə yer verilməsi geniş reaksiyalara səbəb olub.

Proqramın aparıcısı Fatimə Xəzr Heydəri bildirib ki, redaksiyanın əldə etdiyi məlumata əsasən, İranla ABŞ və İsrail arasında baş vermiş son müharibə zamanı kürd silahlı qrupları Tehrana doğru quru əməliyyatında iştirak etməkdən imtina ediblər. Onlar bunun əvəzinə Urmiyəyə doğru irəliləməyi və onun “ortaq kürd–azəri bölgələri” adlandırdığı əraziləri nəzarətə götürməyi təklif ediblər.

Proqram zamanı İran Kürdüstan Demokrat Partiyasının baş katibi Mustafa Hicri Fatimə Xəzr Heydərinin səsləndirdiyi bu iddiaları təkzib etməyib.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar