SON XƏBƏRLƏR

İranda edam edilən etnik bəlucların sayı

2026.07.02, 11:06
İranda edam edilən etnik bəlucların sayı

Cari ilin 6 ayı ərzində İran həbsxanalarında 35 sünni məzhəbli etnik bəluc edam edilib.

Gunaz.tv

Bu haqda Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb.

Onlardan 27 narkotik maddələrin alveri, 5-i qətl və 3-ü isə siyasi ittihamlara görə edam ediliblər.

Bildirilib ki, İranda edamların ümumi sayında bəluc vətəndaşları qeyri-mütənasib dərəcədə yüksək paya malikdir. İnsan haqları təşkilatlarının məlumatına görə, ölkə əhalisinin təxminən 5-6 faizini təşkil edən bəluc icması bütün edamların 9-12 faizini təşkil edir.

Qeyd edək ki, mərkəzi qərargahə Norveçdə yerləşən Əbdülrəhman Brumənd Fondunun yaydığı məlumata görə, cari ildə İranda 816 məhbus edam edilib. 

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar