SON XƏBƏRLƏR

Ərdəbildə saxlanılan milli fəalların aclıq aksiyasına başladığı bildirilir.

2026.07.02, 11:32
Ərdəbildə saxlanılan milli fəalların aclıq aksiyasına başladığı bildirilir.

Ərdəbildə saxlanılan azərbaycanlı milli fəallar Siyamək Mirzayi, Əsgər Əkbərzadə və Əli Vasiqinin ailələrinə Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 10-cu istintaq şöbəsinin müstəntiqi Kərimi tərəfindən fəalların aclıq aksiyası keçirdikləri haqqında məlumat verilib.

Gunaz.tv

Bu barədə Cənubi Azərbaycan milli hərəkatına yaxın mənbələr məlumat yayıb.

Məlumata görə, iyulun 1-də saxlanılan fəalların ailə üzvləri övladlarının vəziyyəti, saxlanılma səbəbləri və irəli sürülən ittihamlar barədə məlumat almaq üçün Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 10-cu istintaq şöbəsinə müraciət ediblər.

Bildirilir ki, iş üzrə müstəntiq Kərimi saxlanılanların vəziyyəti, həbs səbəbləri və onlara qarşı irəli sürülən ittihamlarla bağlı aydın məlumat verməkdən imtina edib. Ailələrin israrlı tələbindən sonra o, Siyamək Mirzayi, Əsgər Əkbərzadə və Əli Vasiqi barəsində bir aylıq həbs qətimkan tədbiri seçildiyini və onların aclıq aksiyası keçirdiklərini açıqlayıb.

Əsgər Əkbərzadə və Əli Vasiqi saxlanıldıqları gündən bəri yalnız qısa telefon danışığında Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasına aparıldıqlarını bildiriblər. Bundan sonra isə onlarla bütün əlaqə kəsilib və ailələri onların vəziyyəti barədə əlavə məlumat əldə edə bilməyiblər.

Digər saxlanılan fəal Siyamək Mirzayi isə həbs olunduğu vaxtdan etibarən ailəsi ilə heç bir telefon əlaqəsi saxlaya bilməyib.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar