SON XƏBƏRLƏR

Qəzvinli siyasi məhbusun həyatı təhlükədədir

2026.07.02, 15:49
Qəzvinli siyasi məhbusun həyatı təhlükədədir

Qəzvinin Çubindər həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Məsud Türkmən Münfəredin vəziyyəti ağırdır.

Gunaz.tv

Bu barədə həbsxanadakı mənbələrə istinadən insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, saxta etiraf verməyə məcbur etmək üçün yanvar etirazları ilə bağlı həbs edilən siyasi məhbusa ağır işgəncələr verilib.

Həbsxananın istintaq təcridxanasında dindirilən Məsud Türkmən Münfəredin həyatının təhlükədə olduğu barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, azərbaycanlı fəal cari ilin yanvar ayının 9-da Qəzvin əyalətinin Əlvənd rayonunda həbs edilib.

Bir müddət dindirildikdən sonra girov qarşılığında sərbəst buraxılan Münfəred, aprel ayında yenidən saxlanılıb.

Hökumət mediası siyasi məhbusun etiraz aksiyaları ilə bağlı məlumat toplayaraq xaricə ötürməyə cəhd edtiyini və onun xaricə qaçmaq istədiyi vaxt axlanıldıını iddia ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar