SON XƏBƏRLƏR

Tehran Ankaradan elektrik almaq istəyir

2026.07.02, 18:32
Tehran Ankaradan elektrik almaq istəyir

Gunaz.tv

İranın enerji böhranı dərinləşir. Tehran neft-kimya müəssisələrinin elektrik təchizatı üçün Türkiyə ilə danışıqlar aparır.

GunAz TV-nin məlumatına görə, İranın Energetika Nazirliyinin elektrik və enerji üzrə müavini ölkədə neft-kimya müəssisələrinin elektrik stansiyalarının müharibə zamanı zərər görməsindən sonra bu sahənin elektrik təminatı üçün Türkiyə ilə danışıqlara başlanıldığını açıqlayıb.

Mustafa Rəcəbi Məşhədi bu məqsədlə Türkiyəyə səfər edib və bildirib ki, “Xoy–Van” elektrik ötürmə xətti vasitəsilə 450 meqavat elektrik enerjisinin ötürülməsi danışıqların əsas mövzularından biridir.

Yayımlanan statistikaya əsasən, ötən il Türkiyədə elektrik istehsalının artımı İrandan 4,5 dəfə çox olub. İran isə artan enerji tələbatı, istehsalın azalması, quraqlıq, qaz çatışmazlığı və köhnəlmiş elektrik şəbəkəsi ilə üzləşib və ötən ildən etibarən xalis elektrik idxalçısına çevrilib.

 


GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar