SON XƏBƏRLƏR

Müctəba Xamenei qorxudan atasının dəfninə belə getməyəcək

2026.07.02, 23:27
Müctəba Xamenei qorxudan atasının dəfninə belə getməyəcək

Gunaz.tv

Xamenei ailəsinin üzərinə qorxu kölgəsi düşüb; Müctəba Xamenei «təhlükəsizlik narahatlıqları» deyilən səbəblə atası Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcək.

Hindistandakı İran rəhbərinin nümayəndəsi Məcid Həkim-İlahi bildirib ki, Müctəba Xamenei «təhlükəsizlik narahatlıqları» səbəbindən Əli Xameneinin dəfn mərasimində iştirak etməyəcək.

Gunaz TV-nin xəbərinə görə, Həkim-İlahi India Today telekanalına müsahibəsində deyib ki, İsrailin İranın yüksək rütbəli rəsmilərinə qarşı təhlükələri və xəbərdarlıqları Müctəba Xameneinin bu mərasimdə iştirak etməməsinin əsas səbəbidir.

Bu xəbər İsrailin müdafiə naziri Yisrael Katzın Müctəba Xameneini təhdid edərək onun «ölüm üçün işarələndiyini» deməsindən sonra yayılıb. İran Xarici İşlər Nazirliyi isə buna cavab olaraq İsraili «güclü cavab»la hədələyib.

Müctəba Xameneinin atasının dəfn mərasimində təhlükəsizlik səbəbilə iştirak etməməsi İran hakimiyyətinin ən yüksək səviyyələrində təhlükəsizlik vəziyyətinin nə qədər kövrək olduğunu bir daha ortaya qoyur.

İranın keçmiş diktatoru Əli Xameneinin cəsədi ölümündən dörd ay sonra –  9 iyul 2026 tarixində Məşhəddəki İmam Rza türbəsində torpağın altına qoyulacaq.

 


GünAzTV
R.G

 

Xameneinin dəfn mərasimi İranın beynəlxalq təcridini ortaya qoyur

2026.07.02, 20:32

Xameneinin dəfn mərasimi İranın beynəlxalq təcridini ortaya qoyur

 

İran rəhbərinin həyat yoldaşı ilə vida mərasimi keçirilib- Xamenei qatılmadı

2026.07.02, 16:29

İran rəhbərinin həyat yoldaşı ilə vida mərasimi keçirilib- Xamenei qatılmadı

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar