SON XƏBƏRLƏR

İranlı deputat: Bank sisteminə yeni kiberhücum edilib

2026.07.03, 10:04
İranlı deputat: Bank sisteminə yeni kiberhücum edilib

Həftəsonu İranın bank şəbəkəsinə yeni hücum həyata keçirilib və nəticədə banklararası xidmətlərin fəaliyyəti müvəqqəti olaraq pozulub.

Gunaz.tv

Bunu İran parlamentinin deputatı Meysəm Zöhuriyan bildirib.

O əlavə edib ki, həftənin əvvəlində də oxşar insident baş verib.

Zöhuriyanın sözlərinə görə, hadisənin böyük ehtimalla xarici dövlət tərəfindən dəstəklənən kiberhücum olduğu güman edilir.

Deputat xarici texnologiyalardan yüksək asılılığın və yerli infrastrukturun məhdud olmasının bu cür hücumlar qarşısında zəifliyi artırdığı barədə xəbərdarlıq edib.

“Təəssüf ki, nasazlığın dəqiq səbəbi hələ müəyyən edilməsə də, bu həftənin şənbə günü bank şəbəkəsinin infrastrukturuna yeni hücum baş verib. Hücumun təsirinin genişlənməsinin qarşısını almaq məqsədilə banklararası xidmətlərin fəaliyyəti bir neçə saatlıq dayandırılıb”, – deyə o, X sosial şəbəkəsində paylaşımında yazıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar